İsrailin nüfuzlu "Jerusalem Post" nəşri, iyun ayında baş vermiş 12 günlük müharibə zamanı “Mossad” tərəfindən təlim keçmiş onlarla qadın casusun İrana sızaraq bir sıra gizli əməliyyatlarda iştirak etdiyini yazıb.
Məlumata görə, qadın casuslar Tehranın nüvə və ballistik raket proqramlarına qarşı koordinasiya olunmuş təxribat və kəşfiyyat əməliyyatları həyata keçiriblər.
Qadınlar 2024-cü ildə İsrailin Müstəqillik Günü mərasimində məşəl yandırma şərəfinə layiq görülüblər. 2021-ci ildə nəşr olunan “Mossad Amazonları” kitabında isə bu agentlərin yalnız casusluqla deyil, həm də təxribat və hücum əməliyyatlarında aktiv rol aldığı bildirilib.
visiontv.az