İtaliyada gün ərzində COVİD-19 virusundan ölənlərin sayı 250 nəfər olub.
Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamenti məlumat yayıb.
Ölkədə koronavirus qurbanlarının sayı 1266 nəfərə çatıb.
Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 14 955 nəfərdir.