21.011.2019
Axtar
İdman-sağlamlıq
alt

İtaliyada komanda 20:0-lıq məğlubiyyətdən sonra çempionatdan kənarlaşdırılıb

İtaliyada komanda 20:0-lıq məğlubiyyətdən sonra çempionatdan kənarlaşdırılıb

"Pro Pyaçentsa" klubu "Kuneo"ya 0:20 hesablı məğlubiyyətdən sonra İtaliya C Seriyasından kənarlaşdırılıb.

Visiontv.Az report-a istinadən bildirir ki, səbəb kimi idman prinsiplərinin əsasının inanılmaz pozuntusu göstərilib.

C Seriyasının prezidenti Françesko Girelli deyib:

"Valideynlərinin bu uşaqlara meydana çıxıb oynamaq və bununla peşəkar futbolda debüt etdiklərini dostlarına danışmaq icazəsi vermələrindən dəhşətə gəlmişəm".

Maliyyə problemləri üzündən "Pro Pyaçentsa"nı bütün əsas futbolçular tərk ediblər. Nəticədə "Kuneo" ilə görüşdə meydana 7 futbolçu çıxıb. Onlardan biri komandanın masajçısı olub. Komanda oyunu belə heyətlə keçirməli olub. Əks halda, klubu oyuna gəlmədiyi üçün yarışdan kənarlaşdırılma təhlükəsi gözləyəcəkdi. "Pro Pyaçentsa"nın baş məşqçisi olmadığından, 19 yaşlı futbolçu məşqçi kimi qeydiyyatdan keçməli olub.

Şərh