İtaliya aralarında Ermənistanın da olduğu 13 ölkənin sərnişinlərinə qadağa qoydu
10.07.2020

İtaliya koronavirus pandemiyasında hazırda yüksək yoluxma faizinin olduğu 13 ölkənin ərazisinə girişinə və ölkədən tranzit olaraq keçidinə qadağa qoyub.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, həmin ölkələr Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Hersoqovina, Çili, Küveyt, Şimali Makedoniya, Moldova, Oman, Panama, Peru və Dominikan Cümhuriyyətidir.

Qadağa həmin ölkələrdə yoluxma azalana və sərnişinlərin təhlükəsizliyi təmin edilənə qədər qüvvədə qalacaq.

Qeyd edək ki, koronavirus səbəbilə son 4 ayda 34 min 926 nəfərin öldüyü İtaliyada maydan etibarən normallaşma prosesi başayıb. 1 iyuldan etibarən isə bəzi ölkələrlə səhədlər açılıb.

Son 24 saatda İtaliyada 229 yeni yoluxma, 12 ölüm faktı qeydə alınıb. Aktiv xəstə sayı isə 13 min 459 nəfərə qədər düşüb.