19.09.2020
Axtar
Gündəlik
alt

İt məhkəməsi...-tarixçi Əkbər Nəcəf

Şeybani hökmdarı Ubeyd xan 1531-32-ci ildə beşinci dəfə Xorasana hücüm etdiyində Heratı bir il mühasirədə saxlayır.

Şəhərdə azuqə qutardığından qızılbaşlar it və pişikləri kəsib yeməyə başlayırlar.

Heratın hakimi Bəhram mirzə öz yaxın adamlarına və xidmətçilərinə ancaq gündə bir dəfə yemək vermək imkanına sahib idi. Onun əmri ilə hər gün bir yabı kəsilir düyü ilə qarışdırıb paylanılırdı. Yemək o qədər az idi ki məsciddə alimlərə günlük adam başı bir qaşıq xörək düşürdü.

Bir dəfə iki qızılbaş əsgəri arasıda it üstündə dava düşdü. Hər ikisi iti özünün tapdığını və vurduğunu iddia edirdi. Nəticədə ordu əmirlərindən Qazi xan başçılığında bir məhkəmə təşkil edildi. İki əsgər də sözündə israr etdiyindən Qazi xan qılıncı ilə itin cəsədini iki yerə bölüb iki əsgər verdi.

Şərh