İsveç və Almaniya Ukraynanın əraziləri qaytarmaq üçün onların silahlarından istifadə etməsinə qarşı deyil
İsveç və Almaniya Ukraynanın əraziləri qaytarmaq üçün onların silahlarından istifadə etməsinə qarşı deyil
16.08.2022 MEDİA Tərəfindən

Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün Qərb tərəfdaşlarının silahlarından istifadə etmək hüququ var. Bu barədə  Stokholmda keçirilən mətbuat konfransında Almaniya və İsveç hökumət başçıları Olaf Şolts və Maqdalena Andersson bildiriblər.

Brifinqin videosu Phoenix YouTube kanalında yerləşdirilib.

Ukrayna Silahlı Qüvvələrinin Almaniya və İsveçdən aldıqları silahlardan Krımı geri qaytarmaq üçün istifadə edə biləcəkləri sualına cavab verən Şolts, “bu silahlar Ukraynanın ərazi bütövlüyünü müdafiə etmək üçündür” deyib.

Andersson Almaniya və İsveçin Ukraynaya silah verməsi qərarını "tarixi" adlandırıb.

Avropanın bu çətin anlarda gücü “onun birliyindədir”, siyasətçilər deyirlər. Onlar əlavə ediblər ki, həm Ukrayna, həm də Avropa üçün “qaranlıq dövr gəlib”, lakin birlikdə “çətinliklərin öhdəsindən gələ biləcəklərinə” əmin olduqlarını bildiriblər.

visiontv.az