İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət etmək qərarını verdi - Baş nazir
16.05.2022

İsveç hökuməti ölkənin NATO-ya üzvlüyü üçün müraciət etmək qərarına gəlib. Bu barədə mayın 16-da Nazirlər Kabinetinin saytında məlumat verilib.

Qeyd olunur ki, bu qərar hökumətin Parlamentlə bir yerdə etdiyi təhlükəsizlik təhlili və onun 13 may tarixli hesabatında təqdim etdiyi nəticələrə əsaslanır.

"Hökumətin qiymətləndirməsinə görə, NATO-ya üzvlük, Rusiyanın Ukraynaya təcavüzündən sonra əsaslı şəkildə dəyişmiş təhlükəsizlik mühiti fonunda İsveçin təhlükəsizliyini qorumaq üçün ən yaxşı yoldur." 

İsveçin baş naziri Maqdalena Andersson mayın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, İsveçin NATO-dakı səfiri tezliklə Alyansa ərizə təqdim edəcək. Və bu ərizə Finlandiya ilə birlikdə təqdim olunacaq.

Anderssonun sözlərinə görə, Parlamentdə səslərin fikirlərin böyük əksəriyyəti İsveçin NATO-ya daxil olmasının lehinədir.

Əli Əliyev

visiontv.az