İstanbulda Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək
İstanbulda Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək
09.12.2022 MEDİA Tərəfindən

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İstanbulda xarici işlər nazirinin müavini Sedat Önal ilə görüşəcək.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, İstanbulda Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Danışıqlar xarici işlər nazirinin müavini Önal və Rusiya xarici işlər nazirinin müavini Verşinin başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutacaq.

Suriya, Ukrayna, sərhədyanı humanitar yardımlar, Liviya və Fələstindəki son vəziyyət gündəmdə olacaq. 

Taxıl Sazişinin icrası da müzakirə mövzularından biri olacaq.

İlahə Əliyeva