İsrailin PUA zərbəsi nəticəsində HAMAS-ın Livandakı lideri öldürülüb
17.02.2025

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində öldürülən şəxsin adı açıqlanıb.

APA yerli LBC telekanalına istinadən xəbər verir ki, bu şəxs HAMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahindir.

Məhəmməd Şahin əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.