İsrail xarici işlər naziri Türkiyəyə gəlib
İsrail xarici işlər naziri Türkiyəyə gəlib
23.06.2022 MEDİA Tərəfindən

İsrailin xarici işlər naziri Yair Lapid Türkiyədə rəsmi səfərdədir.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, “Esenboğa” hava limanında Lapidi Ankara valisinin müavini Mustafa Erkayıran və digər rəsmi şəxslər qarşılayıb.

Lapid Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. 

Səfər çərçivəsində ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, bu, son 16 ildə İsraildən Türkiyəyə xarici işlər naziri səviyyəsində ilk səfərdir.

İsrail Dışişleri Bakanı Yair Lapid Ankaraya geldi

İlahə Əliyeva