İsrail və Həmas arasında muharibə yeni cəbhənin açılmasına səbəb ola bilər
İsrail və Həmas arasında muharibə yeni cəbhənin açılmasına səbəb ola bilər
28.06.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

İsrail və Həmas arasında muharibə yeni cəbhənin açılmasına səbəb olur. İsrail hərbi kabineti Livanda Hizbullaha qarşı hərbi əməliyyatları təsdiq edib. ABŞ öz vətəndaşlarını Livandan çıxarmaq üçün təxliyə gəmisi göndərib. Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatlar ABŞ İsrailin vasitəsilə həyata keçirir.

Məhz Vaşinqtonun razılığı olmasa İsrail bir güllə ata bilməz. Qəzza zolağında Həmasa qarşı hərbi əməliyyatlar Vaşinqtonun planı əsasında həyata keçirilir. Əsas strateji məqsəd Aralıq dənizi sahilində Həmas və Hizbullah silahlı təşkilatları sıradan çıxarmaqdır. Livanda Hizbullaha qarşı hərbi əməliyyatlar aparılsa, Vaşinqton sahədə olacaq. Əgər, Livanda Hizbullah sıradan çıxarılsa,. növbəti mərhələdə Yəməndə Husilər olacaq.

Göründüyü kimi, Yaxın Şərqdə yeni siyasi nizamın qurulması istiqamətində ciddi addımlar atılır. ABŞ Yaxın Şərqdə proksi qüvvələri sıradan çıxarmaq üçün Livanın Qəzzada olduğu kimi yer üzündən silinməsinə razıdır. İsrail-Hizbullah müharibəsi ABŞ "xeyir- duası" ilə başlaya bilər. İranın müdaxiləsinə gəldikdə, Tehran Qəzza müharibəsində olduğu kimi bəyanatlarla kifayətlənəcək.

Vaşinqton Yaxın Şərqi yenidən dizayn edir.

Məhəmməd Əsədullazadə

visiontv.az