İsrail-Azərbaycan əlaqələri üçüncü ölkəyə qarşı yönəlməyib - Corc Dik
02.12.2021

“Hər zaman deyirik ki, bizim Azərbaycanla əməkdaşlığımız digər ölkələrə qarşı qurulmayıb”.

Visiontv.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan da bu siyasəti nümayiş etdirir.

“Heç bir ölkənin bizim ikitərəfli əlaqələrimizə müdaxilə etmək hüququ yoxdur”, - diplomat vurğulayıb.

İsrail səfirinin sözlərinə görə, bu cür fikirlər son zamanlar İrandan səslənib. O, İranla münasibətləri şərh etmək istəməyib.

C. Dik vurğulayıb ki, Azərbaycanın xarici siyasəti onun suveren hüquqdur və digər ölkələr ona müdaxilə edə bilməz.