İşləmək icazəsi olan şəxslər testdən keçsinlər - İş adamı Elvin Abbasovdan təklif
İşləmək icazəsi olan şəxslər testdən keçsinlər - İş adamı Elvin Abbasovdan təklif
04.04.2020 Elvin ABBASOV Tərəfindən

Azərbaycanlı iş adamı Elvin Abbasov karantin günlərində işləmək istəyənlər üçün xüsusi təklif irəli sürüb. O bildirib ki, karantin vaxtı işləmək istəyənlərə müvafiq testdən keçməklə icazə vermək olar.

Təkiliflə bağlı Visiontv.az-a Elvin Abbasov özü ətraflı məlumat verib.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda dövlət səviyyəsində bir sıra ciddi tədbirlər keçirilir. Artıq ölkədə insanların hərəkəti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib. Aprelin 5-dən isə, dövlət və bəzi özəl şirkətlərin əməkdaşlarının şəhərdə hərəkəti müəyyən qaydalarla nizamlanacaq. Belə ki, iş fəaliyyətinə davam edən əməkdaşların icazəsi üçün ilk növbədə dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olaraq müvafiq icazə aktını doldurmalıdır. Bundan başqa sadə vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

İş adamı Elvin Abbasov təkliflə çıxış edərək bildirib ki, küçəyə çıxmaq üçün rəsmi icazəsi olan vətəndaşlar müvafiq testdən keçməlidirlər. Bildiyimiz kimi, koronavirus insanlar arasında sürətlə yayılır. Fərqi yoxdur evindən çıxan vətəndaş iş yerinə və ya hansısa bir yerə gedir. Əsas odur ki, virus daşıyıcısı olmasın. Bunun üçün də rəsmi icazəsi olan vətəndaşlar mütləq testdən keçirilməlidir.  Ümid edirik ki, aidiyyatı qurumlar bu təklifi nəzərdən keçirəcəklər.