“İşinizi sevməsəniz xoşbəxt olmayacaqsınız!”
“İşinizi sevməsəniz xoşbəxt olmayacaqsınız!”
22.09.2022 MEDİA Tərəfindən

Harvard Universitetinin Gənclər Akademiyasının üzvü, türk alimi olan Canan Dağdevirənlə müsahibə...

İndi bütün dünya sizin ixtiralarınızı tanıyır, ixtiraçı ilə tanış olmaq istəyən gənclərə özünüz haqqında məlumat verə bilərsinizmi?


Mən Canan Dağdeviren, 4 may 1985-ci ildə İstanbulda anadan olmuşam. Atam Cavid Dağdevirən, anam Minə Dağdevirəndir. İki qardaşım var. Çox gənc yaşlarımdan elmi araşdırmalara maraq göstərmişəm. Mən çınqılları parçalayıb atomu tapmağa çalışırdım. Bu bir uşaq üçün üstünlükdür, elə deyilmi? Atamın uşaq vaxtı mənə hədiyyə etdiyi Mari Kürinin həyatından bəhs edən kitab məni çox təsirləndirmişdi.  


Bir alim kimi həyatınızda dönüş nöqtəniz hardan başladı?  Bu sahəni seçməyinizə əsas səbəb nə oldu?


Bayaq dediyim kimi hələ məktəbli ikən hamının qeyri-mümkün deməsinə baxmayaraq, çınqıl daşlarını parçalayıb içindəki atomu tapmağa çalışırdım. Mən balaca olanda atam mənə xanım Kürinin həyatından bəhs edən bir kitab vermişdi.. Kitabı oxuduqdan sonra pyezoelektrik fenomeni kəşf edən xanım Kürinin əri Pyer Kürinin bacarığına heyran oldum. Fizikaya marağım belə başladı, amma bu fikir beynimdə hələ tam formalaşmamışdı. Ölkəmizin hər bir gənci kimi mən də universitetə qəbul imtahanında iştirak etdim. Fizika, kimya kimi fundamental elmlərin bir sahəsini öyrənmək istəyirdim, amma qərar verə bilmədim. Erdal İnönü ilə məhz bu dövrdə Kocaeli kitab sərgisində tanış olduq. Harada oxuduğumu və nə olmaq istədiyimi soruşdu. O, mənə öz imzası ilə “Xatirələr və Düşüncələr” kitabını hədiyyə etdi. “İnanıram ki, kitabı oxuyanda nəyi öyrənəcəyinizə qərar verəcəksiniz” yazılmışdı. Ola bilsin ki, hadisəni o zaman tam dərk etməmişəm, amma kitabı oxuyandan sonra həyatım kökündən dəyişdi. 

Elmə marağınıza təsir edən bir neçə amil var. Məsələn, oxuduğunuz bəzi kitablar. Bu kitablar və onların məzmunu sizə necə yardımçı olub?

Kitablar həqiqətən də sirli xəzinələrdir. Mən kitablarla özümü zəngin hiss edirəm. Kitablar mənə həyatda nə edə biləcəyimi qərar verməkdə ən yaxın məsləhətçilərimdir.

Siz çox sürətli bir tempdəsiniz. Təhsil həyatınızda və karyera həyatınızda həmişə belə olub? Enerjinizi və ya motivasiyanızı itirəndə nə edirsiniz?

Heç bir şey işə yaramayanda Atatürk kimi düşünürəm, motivasiyamı ondan alıram. O, qısa müddətdə çoxlu yaxşı işlər görmüş insandır. Elm adamlarından biri belə deyib: “Bir gün mənim sözlərim elmə zidd olsa, elmi seç”. 

Sizi özlərinə nümunə bilən gənclərə kömək edir və onlara dəstək olursunuz. Bu yolda irəliləmək üçün addım atan gənclərə nə məsləhət görərdiniz?

Gənclərə ilk növbədə, məqsədləri uğrunda mübariz olmalarını məsləhət görürəm. Biz hadisələrə fərqli bucaqlardan baxmağı bacarmalıyıq. Özümüzü bizdən yaxşı tanıyan yoxdur, ona görə də xahiş edirəm ki, özlərinə sual verməklə həyatdan nə istədiklərini dərk etsinlər.

Sevdikləri işlə məşğul olsalar, uğursuzluq ehtimalı da azalar. Və heç vaxt özlərini başqaları ilə müqayisə etməməyi tövsiyə edirəm. Modellik edə bilərsiniz, həvəsli ola bilərsiniz, amma işinizi sevməsəniz, xoşbəxt olmayacaqsınız.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az