“İrqçi və məzhəb düşmənçiliyinin millətimizin birliyinə, qardaşlığına xələl gətirməsinə imkan verməyəcəyik”
“İrqçi və məzhəb düşmənçiliyinin millətimizin birliyinə, qardaşlığına xələl gətirməsinə imkan verməyəcəyik”
16.08.2022 MEDİA Tərəfindən

“Son zamanlar kimliyi bilinməyən insanlar tərəfindən alovlandırılan irqçi və məzhəb düşmənçiliyinin millətimizin birlik və qardaşlığına xələl gətirməsinə imkan verməyəcəyik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının 21-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

“İnancımızın, insanlığımızın tələbi olaraq apardığımız bu mübarək mübarizəni 2023-cü il seçkilərində qalib gəlməklə taclandıracağıq İnşallah. Türkiyə 2023-cü il üçün vizyonunu demokratiya və inkişafdakı çatışmazlıqlarını tamamlamaq deyil, siyasəti və iqtisadiyyatı ilə dünyanın ən böyükləri arasında yer almaq hədəfi üzərində qurur. Son zamanlar kimliyi bilinməyən insanlar tərəfindən alovlandırılan irqçi və məzhəb düşmənçiliyinin millətimizin birlik və qardaşlığına xələl gətirməsinə imkan verməyəcəyik.”

İlahə Əliyeva