İraqın şimalında PKK-nın “kəşfiyyat rəsmisi” zərərsizləşdirilib
İraqın şimalında PKK-nın “kəşfiyyat rəsmisi” zərərsizləşdirilib
30.11.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındaki Sincarda keçirdiyi əməliyyatla terror təşkilatı PKK-nın “kəşfiyyat rəsmisi” adlandırılan Fatma Onuru zərərsizləşdirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Onur 1990-cı illərdə İngiltərədən təşkilata qoşulub və uzun illərdir təşkilatın silahlı qanadında fəaliyyət göstərir.

2016-cı ildə “NLP” təşkilatının kəşfiyyat strukturunda “məsul” vəzifəyə gətirilən Onur təşkilat üzvlərinə kəşfiyyat təlimi keçib.

Təşkilatın İraq və Suriyadakı “kəşfiyyatçıları” arasında olan Onur İraqın Süleymaniyyə bölgəsi və kənd yerləri başda olmaqla, təhlükəsizlik qüvvələrinə qarşı bir çox terror aktlarında iştirak edib. 

"Kında Maraş" kod adlı Onurun fəaliyyətini deşifrə etmək üçün ətraflı araşdırma aparan MİT, terrorçunun gizli tapşırıqla Qəndildən Sincara göndərildiyini və kəşfiyyat fəaliyyətini gizlətmək üçün “maliyyə məsuliyyəti” daşıdığını müəyyən edib.

Daha sonra hərəkətə keçən MİT Sincarda nöqtə əməliyyatı ilə Onuru zərərsizləşdirib.

İlahə Əliyeva