Bu gün mühacirət milli, sosial və iqtisadi problemə çevirilib və tərk etmək istəyənlərin sayı 60%-dan çoxdur.
Bu sözləri Tehran Ticarət Palatasının rəhbəri Mahmud Nəcəfi Ərəb deyib.
O, son 10 il ərzində yüz minlərlə iranlının ölkədən getdiyini, bu müddət ərzində hər il təxminən 27 min iranlının başqa ölkə oturumunu aldığını söyləyib.
"Bu həm də onu göstərir ki, ölkəyə mənsubluq və təəssüb hissi kəskin şəkildə azalıb",- Nəcəfi ərəb bildirib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin yaydığı son məlumata görə, Hazırda müxtəlif səbəblərə görə ölkədən qıraqda yaşayan iranlıların sayı 5 milyon nəfərdir.
Onların əhəmiyyətli hissəsi ölkədə fərdi, siyasi və ictimai azadlıqların olmaması səbəbindən mühacirət etməyə məcbur olublar.
visiontv.az