İranın uydurduğu "qanunlar": azyaşlı qızlar təcavüz qarşısında
İranın uydurduğu "qanunlar": azyaşlı qızlar təcavüz qarşısında
04.02.2023 MEDİA Tərəfindən

"Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlərə görə, son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib. Statistika Mərkəzinin bundann öncəki il verdiyi məlumatda 10-14 yaş arası qız uşaqlarının erkən nikaha cəlb olunması hallarının 10.1% artdığı bildirilib".

Visiontv.az xəbər verir ki, bunu Vəfa Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyin sədri Fatimə Hacıbəyli Faktmedia.az saytına açıqlamasında qeyd edib.O bildirib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei tərəfindən vurğulanan ölkədə nikah siyasətinin təşviqi və doğuş nisbətinin artırılması ilə eyni zamanda, son illərdə qızlar üçün nikah yaşının azaldılması, ailələrin evlilik şərtlərini asanlaşdırmağa həvəsləndirilməsi istiqamətində bir sıra millət vəkilləri və İbrahim Rəisi hökumətinin üzvləri, mədəni-maarif müəssisələrinin məmurları tərəfindən qızların erkən yaşda evləndirilməsi təbliğ olunur:"Bununla yanaşı İran hökumətinin bəzi rəsmiləri uşaq nikah fenomenini inkar edir və 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edirlər.

Mollalar özəlliklə qızların az yaşda evləndirilməsini islam qanunlarına uyğun hesab edir və erkən nikahın cəmiyyətdə əxlaqsızlığın qarşısını aldığını iddia edirlər", - deyə Birlik sədri əlavə edib.