İranın Qarabağda tikinti işlərində iştirakı qəbul edilməzdir - Məhəmməd Əsədullazadə
İranın Qarabağda tikinti işlərində  iştirakı qəbul edilməzdir - Məhəmməd Əsədullazadə
26.01.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Müharibənin davam etdiyi bir vaxtda İran hakimiyyəti Ermənistana Rusiyadan göndərilən silah-sursat və artilleriya silahlarının daşınmasında və ötürülməsində iştirak etdi. İran hakimiyyətinin kiçik Gürücstan hakimiyyəti qədər cəsarəti olmadı ki, bu silahların ötürülməsinin qarşısını alsın.

Qarabağda tikinti işlərində iştirakına  Tehran rəsmiləri daşınada qonşuluqdan və müsəlmançılıqdan, soydaşlıqdan danışırlar. Amma, bir Araz şerinə görə diplomatik qalmaqalı edən bunlar deyildi. Rəsmilər  ilk əvvəldən Qarabğda tikinti layihələrinə Türkiyə, İtaliya və Pakistanın iştirakını önə çəkirdi. İrana bu razılığın verilməsi, Tehranın israrından sonra olub. İran Qarabağ müharibəsi ərəfəsində danışıqlar masasında olmaq üçün təkliflər hazırladı, öz nümayəndəsini Bakı, Moskva, Yerevan və Ankaraya göndərdi. Buna baxmayaraq kənarda qaldı. Yenidən qurma işlərində kənarda qalmamaq üçün fəaliyyətə keçdi. Burada da öz siayasi məqsədlərini həyata keçirməyə çalışacaq.

Şuşa Eməsnitanın işağlında olanda burada Gövhər Ağa məscidini təmir edib, İran məscidi kimi qələmə verən məhz İran hakimiyyəti idi. Prezident İlham Əliyev məhz Şuşada Gövhər Ağa məscidini qanunsuz  təmir edən və Ermənistanla bunun üzərindən əməkdaşlıq etməkdə iddiham edən,  ad çəkməsə də verdiyi mesajı İrana aid etmək olar.

İranın xarici işlər naziri Cavad Zərifin region turu çəçivəsində Azərbaycana səfərində Qarabağda tikinti işlərində İranın iştirakına razılıq aldı. Əlbəttə ki, İran qonşu ölkədir və biz İranla mehriban qonşuluq əlaqələrində daima maraqlıyıq. İran isə, sözdə bu kimi mesajlar verib, daima Qarabağın işğalında qalmasında Ermənistana  dəstək verib. Bu dəstəyi məzh vətən müharibəmizdə də əsirgəmədi.

İrandan Azərbaycana xeyirində daima  ziyan gəlib. Rəsmi Bakı İranın bu layihələrdə iştirakına diqqət etməli, tikinti işləri adı ilə burada  ziyanlı məzhəbsəl siyasi ideologiyasının formalaşmasına reallaşdıra bilər. İran Azərbaycanda daima siyasi sabitliyin formalaşmasında maraqlı olmayıb.
İranla sıx əməkdaşlıq ediriksə, Cənubi Azərbaycanda soydaşlarımızın hüquqlarını daima diqqətdə saxmalıyıq.

Visiontv.az