İranın erməni separatizminə lojistik dəstəyi artıq açıq şəkildə ifşa edildi
İranın erməni separatizminə lojistik dəstəyi artıq açıq şəkildə ifşa edildi
16.09.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

İranın Azərbaycanın suverenliyini təhdid edərək erməni separatizminə lojistik dəstəyi artıq açıq şəkildə ifşa edildi. Buna baxmayaraq rəsmi Tehran öz ampulasındadır və ölkəmizə qarşı deustiriktiv siyasətini davam etdirir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Türkiyənin regionda artan siyasi-hərbi mövcudluğu rəsmi Tehranı hərəkətə gətirib. Buna baxmayaraq İran ciddi şəkildə Azərbaycana qarşı problem yarada bilmir.

Tehranda hakimiyyətə gələn mühafizəkarların Azərbaycanla münasibətləri korlayacağı və regionda yeni formalaşan nizama qarşı olacağı gözlənilirdi. Qeyd edim ki, Cənubi Qafqazda demək olar ki, mövqelərini itirən İran Türkiyə-Ermənistan sərhədləri açıldıqdan sonra, bu ölkə ilə əlaqələri zəifləyəcək. Demək olar ki, Cənubi Qafqazda Türkiyənin regional gücü artacaq. İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı müəyyən müqvilələri parlamentdə ratifikasiya etməyəcək və çalışacaq problem dabam etsin. Amma, Azərbaycan və digər sahilyanı ölkələr üçün bu problem bitib. Ona görə də Xəzər dənizi ilə bağlı İranın narahatlıqları Azərbaycan üçün ciddi qəbul edilməyəcək.

İran Azərbaycan əlaqələri Tehran tərəfindən sabotaj edirlir və regionda Türkiyə-Azərbaycan platformasına qarşı dirəniş göstərməyə çalışır. İrandan Azərbaycana qarşı təxribatlar gözlənilir. Məhz ötən gün Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycanı müdafiə edəcəkləri barədə bəyanatları təkcə Yereavan və Moskvaya deyil, Teharana da mesaj idi. İran TIR-larının Qarabağa Laçın dəhlizindən keçidinin də qarşısını almaq və ümumiyyətlə İranla əlaqələrə yenidən baxmaq lazımdır.

İranın yeni administarsiyası Azərbaycanı rəqib ölkə kimi xarakterizə edir və çalışacaq ki, Ermənistan vasitəsilə təxribatlara gedilsin. Amma, bu da baş tutmayacaq. Baş nazir Nikol Paşinyan hazırda Azərbaycanla İrana görə konfliktdə maraqlı deyil.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini, politoloq

Visiontv.az