İranın 36 həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçirirlər
19.02.2025

Fevralın 18-də Güney Azərbaycan şəhərlərinin həbsxanaları da daxil olmaqla İranın 36 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına başlayıblar.

Bu barədə "Edama yox Kampaniyası"nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Aclıq aksiyası 56-cı dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 930-nun kimliyini müəyyənləşdirmək mümkün olub.

visiontv.az