İranı vurmağa hazırıq – İsrail müdafiə naziri
05.08.2021

İsrail müdafiə naziri Benni Qantz, rəsmi Tehranın ölkəsiylə bərabər yaxınşərq və dünya üçün də təhlükə olduğunu açıqlayıb.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yediot Axronot qəzetinə müsahibə verən Qantz, Tel-Əviv ilə Tehran arasındakı gərginliyə toxunub.

İsrailə aid gəmiyə edilən hücumdan danışan Qantz deyib: "İran, bölgəvi və beynəlxalq bir problemdir. Dünya cümə günü buna şahid oldu. Bu hər kəsin başına gələ bilər.”

"İsrail, İranı vurmağa hazırdır mı?" sualına isə Qantz, "bəli" cavabını verib.