5.06.2020
Axtar
Sağlıq-səhiyyə
alt

İrandan qayıdan daha 29 nəfər xəstəxanaya yerləşdirilib - RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır. 

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

APA

Şərh