İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus aşkarlandı - Operativ qərargah
05.03.2020

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Visiontv.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Hazırda pasiyentlərinvəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.

Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.