İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik
25.11.2022

“Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”.

Visiontv.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, mən İranın üç keçmiş prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm: "Bu qədər illərdir ki, indiki kimi vəziyyət heç vaxt olmayıb. İran heç vaxt sərhədlərimizdə bir neçə ay ardıcıl iki hərbi əməliyyat keçirməyib. Biz hər zaman Azərbaycan əleyhinə olan istənilən addıma cavab vermişik və bundan sonra da verəcəyik. Ona görə də biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır".

“Onlar xalqımızın bir hissəsidir” – dövlət başçısı qeyd edib.