İranda son sutkada COVID-19-dan 185 nəfər vəfat edib
05.08.2020

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 185 nəfər vəfat edib.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 17 802 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 697 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 317 483 nəfərə çatıb.