İranda siqaretdən istifadə edən azyaşlıların sayı artıb
07.12.2024

Hazırda ölkədə 10 yaşlı uşaqların da siqarət çəkməsi halları artıb və bu həmin kəsimin qarşıdakı illərdə narkotik maddə aludəçisi olacaqları barədə narahatlıqları artırıb.

Bu barədə İran Daxili Mütəxəssislər Assosiasiyasının prezidenti İrəc Xosroniya xəbərdarlıq edib.

"Tədqiqatlar göstərir ki, inqilabdan əvvəlki illərdə və inqilabın ilk illərində insanlar əsasən daha yaşlı yaşda siqaret çəkməyə başlayırdılar, son 20 ildə bu statistika dəyişib və siqaret çəkən uşaqların sayı kəskin şəkildə artıb",- o bildirib.

İranın Tütünlə Mübarizə Cəmiyyətinin katibi Həmidrza Şahsevən də bir müddət əvvəl ölkədə siqaret istehsalının əvvəlki illərlə müqayisədə üç dəfə artdığını və İranda siqaret çəkmə yaşının ibtidai məktəblərə çatdığını, qadınlar arasında siqaret çəkənlərin 133% artdığını bildirib.

"Son 10 ildə İranda tütün məmulatlarının istehsalı 3 dəfə artıb və hazırda tütün məmulatları və sənaye psixotrop maddələrdən istifadə məktəb şagirdləri arasında yayılıb",- Şahsevən əlavə edib.

visiontv.az