İranda qaz kəməri partladı ölənlər var
14.03.2019

İranda qaz kəməri partladı ölənlər var

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.

A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.

 

A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib.