İranda koronavirusun yaratdığı dəhşət - İnsanlar küçələrdə yıxılıb qalır
02.03.2020

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, dünyada yeni tip koronavirusa (COVID-2019) yoluxan insanların sayı 89 mini keçib.

Visiontv.az xəbər verir ki, dünya üzrə virusdan ölənlərin sayı isə 3048 nəfər təşkil edir.

Koronavirusun qurbanına çevrilən ölkələrin siyahısında Çindən sonra ikinci yerdə İran qərarlaşır. Bu günə kimi ölkə üzrə virusa yoluxanların sayı 978 nəfərdir.

İranda dəhşətli virusdan yalnız 178 nəfər xilas olmağı bacarıb. Sosial şəbəkədə ölkə əhalisinin paylaşdığı görüntülərdə koronavirusun İranda əhaliyə böyük çətinlik yaratması öz əksini tapıb. İnsanlar bəzən yolda gedərkən, bəzən isə ticarət mərkəzlərində huşlarını itirərək xəstəxanaya yerləşdirilirlər.

Xəstələrin sayının həddən artıq çox olması müalicə və yoluxma halları ilə bağlı xəstəxanalarda çətinlik yaradıb. İnsanlar müraciət etdikləri tibb ocaqlarında böyük növbə ilə rastlaşıblar.

BAKU.WS