İranda koronavirusdan ölənlərin sayı 5 mini keçdi
18.04.2020

İranda 19 fevraldan indiyədək koronavirus (COVID19) nəticəsində 5 031 nəfər ölüb.

Visiontv.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutkada İranda 73 nəfərin bu virusdan öldüyü öz təsdiqini tapıb.

Nazirlik rəsmisi deyib ki, ötən gün daha 1 374 nəfərin virusa yoluxması və ümumilikdə yoluxanların sayının 80 868 nəfərə çatması təsdiqlənib. Onlardan 3 513 nəfərin vəziyyəti ağırdır.

Cahanpur bu günədək İranda 55 987 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 330 mindən çox test aparılıb.