Hazırda İranın bir neçə həbsxanasında ən azı 9 jurnalist peşə fəaliyyətinə görə həbsdədir.
Bu haqda Beynəlxalq Jurnalistlər Federasiyası məlumat yayıb.
Beynəlxalq təşkilat, Rza Vəlizadə, Məhəmməd Parsi, Artin Qəzənfəri, Süməyyə Heydəri, Pedram Ələmdari, Kiyanuş Dərvişi, Müslüm Zarei, Əmir Hüseyn Rzai və Hamed Tizruyan adlı jurnalistlərin peşə borclarını yerinə yetirdiklərinə görə cəzalandırıldıqlarını bildirib.
Bildirilib ki, bununla yanaşı onlarla jurnalist və media fəalına qarşı da cinayət işi açılıb və bundan onlara qarşı təzyiq vasitəsi kimi istifadə edilir.
visiontv.az