İranda işgəncəyə məruz qalan uşaq- "Məni şlanqla zorladıqları üçün istədiklərini deməyə məcbur oldum"
İranda işgəncəyə məruz qalan uşaq- "Məni şlanqla zorladıqları üçün istədiklərini deməyə məcbur oldum"
16.03.2023 Elbəyi Həsənli Tərəfindən

“Amnesty International” “Iran: Child detainees subjected to flogging, electric shocks and sexual violence in brutal protest crackdown” (İran: Etirazların amansızcasına yatırılması zamanı uşaq məhbuslar şallaqla döyülüb, onlara elektroşok verilib və uşaqlar cinsi zorakılığa məruz qalıb) adlı hesabatla çıxış edib.

Həmin hesabatda etiraz aksiyalarında iştirak etdiyinə görə həbs olunaraq işgəncələrə məruz qalanların açıqlamalırı da yer alır. Həmin ifadələri təqdim edirəm:

Valideyn bildirib: "Oğlum mənə dedi ki onlar məni elə asdılar ki, qollarımın qopmaq üzrə olduğunu hiss etdim. Məni şlanqla zorladıqları üçün istədiklərini deməyə məcbur oldum. Əlimdən tutub zorla barmaq izimi kağıza basdılar”.

“Bizə elektoşok üsulu tətbiq etdilər, tapançanın arxası ilə üzümə vurdular, kürəyimə elektrik cərəyanı ötürdülər, dəyənəklə ayağıma, kürəyimə, əllərimə döydülər. Onlar hədələdilər ki, bu işgəncələr haqqında kiməsə desək, bizi yenidən həbs edəcəklər, bizə daha betər işgəncə verəcəklər və bizi öldürdükdən sonra meyitlərimizi ailələrimizə çatdıracaqlar”.

“Onlar bizə (ondan çox insana) dedilər ki, yarım saat toyuq səsi çıxaraq – o qədər o səsi çıxarın ki, “yumurta qoyasız”. Bizi bir saat “jim” etməyə məcbur etdilər. Mən orda yeganə uşaq idim. Başqa bir təcridxanada isə 5 nəfərlik həbsxana otağına 30 nəfəri doldurdular”.

“Onlar qızımı hicabı yandırmaqda, Ali Rəhbəri təhqir etməkdə və İslam Respublikasını devirmək istəməkdə ittiham ediblər və ona ölüm hökmü veriləcəyini bildiriblər. Onu bu barədə heç kimə deməmək üçün hədələyiblər... Sənədləri imzalamağa, barmaq izi verməyə məcbur ediblər. Qızım indi hər yerdə kabus görür və evdən heç yerə getmir. Məktəb kitablarını belə oxuya bilmir”...

Azərbaycanda da bəzi nadanlar-bığlı-saqqallı şarlatan molla tipləri deyir ki, gəlin, Kərimə dövləti quraq və İranla birlikdə "xoşbəxt" olaq. Şərəfsizlər...

Elbəyi Həsənli

visiontv.az