İranda irimiqyaslı hərbi təlimlər keçirilir
28.07.2020

İranda “Böyük peyğəmbər 14” adlı hərbi təlimlər keçirilir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru, dəniz və hava qoşunları bu gün səhərdən Hörmüzqan əyalətində, Hörmüz boğazında və ölkənin müxtəlif hissələrində müştərək təlimlər keçirir.

Təlimlərin son mərhələsində raket sistemləri, gəmilər, pilotsuz uçuş aparatları əməliyyatlar keçirəcək, radar sistemlərindən istifadə olunacaq.