İranda ilaxır çərşənbədə 751 nəfər yaralanıb
18.03.2020

İranda ilaxır çərşənbədə 751 nəfər yaralanıb.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Onun sözlərinə görə, ötən sutka ərzində yaralananların 612 nəfəri kişi, 139 nəfəri qadındır.

Xaledi əlavə edib ki, yaralılardan 39 nəfəri bədən üzvünü itirib, 220 nəfərin gözünə xəsarət dəyib, 520 nəfər müalicə olunaraq evə buraxılıb.

Təşkilat rəsmisi iki nəfərin öldüyünü deyib. Tehran vilayətində 190 nəfər, Qərbi Azərbaycan vilayətində 93 nəfər və Şərqi Azərbaycan vilayətində 82 nəfər yaralanıb alıb.

Qeyd edək ki, İranda ilaxır çərşənbəsində tonqal başında təhlükəli pirotexniki vasitələrdən daha çox istifadə edilir.