İranda ərəb fəal işgəncə altında öldürülüb
16.10.2025

Xuzistan əyalətinin Əhvaz şəhərinin təhlükəsizlik təcridxanasında ərəb mədəni fəal Həsən Saisi işgəncə altında öldürülüb.

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, oktyabrın 13-də təhlükəsizlik məmurları 34 yaşlı fəalın evinə hücum edərək onu həbs edib, mənzildə axtarış aparıb və Saidinin şəxsi əşyalarını müsadirə ediblər.

Bir gün sonra, oktyabrın 15-də isə onun ailəsini təcridxanaya çağıraraq fəalın meyitini onlara təhvil veriblər.

Təhlükəsizlik rəsmiləri Həsən Saidinin "ürək tutması"ndan öldüyünü iddia ediblər.

Onun ailəsi isə fəalın bədənində çoxsaylı işgəncə izlərinin olduğununa görə, onun işgəncə altında öldürüldüyünü bildiriblər.

2 qız atası olan Saidi və qardaşı bundan əvvəl də ərəblərin hüquqları ilə bağlı dinc fəaliyyətlərinə görə hir neçə dəfə həbs olunublar.

visiontv.az