İranda dinsizlərin sayı heç vaxt indiki qədər çox olmayıb
İranda dinsizlərin sayı heç vaxt indiki qədər çox olmayıb
18.10.2022 Sahib Alıyev Tərəfindən

Kimi dindirsəniz bunu sizə deyəsidir. Və kimi dindirsəniz sizə onu da deyəsidir ki, İslam Konfransı Təşkilatına üzv dövlətlərin heç birində din məsələsində İrandakı qədər səmimiyyətsizlik yoxdur. Bu da orada din adından çıxış edən əmmaməlilərin əksəriyyətinin iman əhli olmamalarından qaynaqlanır.

İndi bu ölkənin əmmaməli generallarından bir çıxıb deyəndə ki, islam torpaqlarında İsraili görmək istəmədiklərindən Azərbaycan sərhədləri boyunca hərbi təlimlər keçirirlər pişiyin də gülməyi tutur. Xeyr, sizin qarnınızı ağrıdan, görmək istəmədiyiniz işğal altındakı torpalqarında məscidləri nə günə saldıqlarını bildiyiniz halda haylara göstərdiyiniz hərtərfli dəstəyin arzuladığınız nəticəni verməməsi, onların diz üstə çökdürülməsi, Azərbaycanın  qüdrətlənməyə doğru gedən yolunun tam açılmasıdır.
Azərbaycanın güclənməsində özünüzün zəifləmənizi görürsünüz.  Sizi yeyib-dağıdan, sancıladan budur. Çünki yaxşı bilirsiniz ki, Arazın o tayında milyonlarla insan əmmaməlilərin zor gücünə qoruyub-saxlamağa çalışdıqlarına deyil, Azərbaycandakı sekulyar dövlətçilik modelinə üstünlük verirlər.  
Hazırda İran ona görə qaynayır.  Hətta əzizlədikləri də əzdikləri kimi molla rejimindən qurtulmaq istəyir.  İsraillə bağlı uydurulan nağıllar, elə bu təlimlərin keçirilməsinin arxasında gizlənən məqsədlərdən biri də iç narazılıqları müəyyən dərəcədə səngitməkdir.
Ola bilsin ki, müvəqqəti olarar səngidildi də. Amma bir şey gün kimi aydındır, guya regionun coğrafiyasının dəyişdirilməsinin qarşısını almaq adı altında təlimdən o yana keçildiyi anda nağıllar da, arzular da gerçəkləşə bilər. 
Nağıl deyəndə nə nəzərdə tutulur,  qardaş Türkiyə ilə dost İsrailin müdafiə, Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin ötən günlərdə Bakıya səfərlərindən bu bəllidir, hansı arzudan söhbət getdiyi isə təlim keçirənlərə sirr olmasın gərək.

Millət vəkili Sahib Alıyev

visiontv.az