İranda biabırçı səhnə: “Xəstəni təcili yardım maşınını itələyərək apardılar”
17.09.2025

İranda səhiyyə sistemindəki böhran yenidən gündəmə gəlib. İsfahan şəhərində təcili yardım maşınının nasazlığı səbəbindən bir xəstə xəstəxanaya əl ilə itələnərək aparılıb, lakin yardım gecikdiyi üçün xəstə yolda həyatını itirib.

Hadisə zamanı xəstənin yaxınları və təcili yardım işçiləri arasında gərginlik yaşanıb. Rəsmi açıqlamalarda avtomobilin açarının itirildiyi iddia edilsə də, hadisə şahidləri və mərhumun yoldaşları əsas problemin təcili yardım maşınının texniki nasazlıq olduğunu bildirirlər.

visiontv.az