İranın müxtəlif şəhərlərinin həbsxanalarında saxlanılan daha 23 məhbusun edam hökmü yerinə yetirlib.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.
Yasuc şəhərində adam öldürməkdə ittiham olunan məhkum ictimaiyyətin gözü qarşısında asılıb.
Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1310-a çatıb, onlardan 39-si qadındır.
visiontv.az