İran səfirliyinin vatsap qrupunda təmsil olanan 60 media orqanı: O qrupda kimlər var?
İran səfirliyinin vatsap qrupunda təmsil olanan 60 media orqanı: O qrupda kimlər var?
31.01.2023 Şöhrət El-Dəniz Tərəfindən

Dostumuz Elçin Mirzəbəyli “İran səfirliyinin dostları” adlı vatsap qrupu haqqında məlumat verib. Bu qrupda 60-dan çox media resursunun təmsil olunduğu bildirilir. Bu barədə mənim də məlumatım varıydı.

2 gün bundan əvvəl Feysbukda dostlardan kimsə yazmışdı ki, Tehrandakı səfirliyimizə qarşı törədilən terrora etiraz olaraq o qrupu tərk etdim. Bildiyim qədər bu votsapp qrupuna səfirliyin mətbuat xidməti nəzarət edir. Və mütamadi olaraq Azərbaycan mediasına (tezislər) informasiya ötürür. Mənə maraqlı olan bu deyil. Mənə maraqlı olan xarici ölkə səfirliyinin yaratdığı votsapp qrupunda Azərbaycanın aparıcı media subyektlərinin təmsil olunmasıdır. Təbii ki, o 60 jurnalist hansısa reket media orqanına mənsub deyil. İran səfirliyinə reket yox, siyasi baxımdan daha populyar olan, oxunuş sayı yüksək olan media orqanları lazımdır. Və onlar da votsapp üzərindən bu cür sistem qurublar. Onların işi bu ki, daha çox media nümayəndəsini ruslar demiş "verbovka" edib öz təsir dairəsində saxlasın. Bəs bizim bu populyar və xod gedən media orqanları niyə xarici səfirliklərin bu cür oyunlarına qol açıb oynayırlar? Həmin o 60 media orqanı hansılardır?

P.S. Tək İrandan söhbət getmir. Digər səfirliklərin də yaratdığı votsapp qrupunda bizim media orqanları niyə təmsil olunmalıdır? Media qurumuna onun özünün istədiyi məlumat lazımdırsa bir başa əlaqə yaradım ala bilər. Xarici ölkə nümayəndəliyinin votsapp vasitəsilə tezis şəklində göndərdiyi məlumat artıq məlumat deyil, öz maraqlarının təbliğatıdır.

P.P.S Sonra da deyirik ki, niyə İran rejiminin terrorla bağlı azdırıcı informasiyaları mediada ayaq açıb gəzir.  

Şöhrət El-Dəniz.

Visiontv.az