İraq Kürdüstanında fəaliyyət göstərən İranın kürd müxalifət təşkilatlarından biri bazasına raket zərbəsi endirildiyini açıqlayıb.
Kürdüstan Azadlıq Partiyasının sözçüsü Xəlil Kani Sənaninin dediklərinə əsasən, mayın 31-i səhər saatlarında Ərbilin şimal-qərbində yerləşən qərargah raket atəşinə məruz qalıb.
Onun sözlərinə görə, raket təşkilatın yerləşdiyi əraziyə düşüb. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat verilməyib.
visiontv.az