İran Prezidenti Azərbaycana səfərə yola düşüb
24.10.2019

İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə yola düşüb.

Visiontv.az-ın xəbərinə görə, İran Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəlir.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.

APA