İran Ordusu 44 günlük müharibədə erməniləri qorumaq üçün Zəngilan rayonu ərazisinə daxil olub
İran Ordusu 44 günlük müharibədə erməniləri qorumaq üçün Zəngilan rayonu ərazisinə daxil olub
11.10.2021 Elbəyi Həsənli Tərəfindən

İran Ordusu 44 günlük müharibə zamanı Zəngilan rayonu ərazisinə daxil olub.

İrəliyə can atan Azərbaycan ordusunun qarşısını kəsib. Azərbaycan Ordusunun qarşısından qaçan erməni ordusunu qorumaq, ermənilərin yenidən qruplaşmasını təmin etmək üçün İran belə bir addım atıb. İran Ordusu beynəlxalq qanunları pozaraq Azərbaycanın rəsmi ərazisinə daxil olub. Nəticədə ermənilər işğal altındakı ərazilərdə daha da möhkəmləniblər.

Azərbaycan Ordusu yenidən geri çəkilib və başqa bir yolla irəli getməli olub. Təbii ki, vaxt itkisi ermənilərin xeyrinə işləyib. Zəngilan rayonu nəzərdə tutulduğundan bir neçə gündən sonra geri qaytarılıb.

İranın Ermənistana verdiyi bu dəstəyin nəticəsində Azərbaycan Ordusu daha çox itki verib...

Elbəyi Həsənli

Visiontv.az