İran niyə özünə güldürür?
20.09.2021

İran adlanan feodal kafalı dövlətin Azərbaycan sərhəddində keçən əsrdən qalma orduyabənzər əsgər yığını ilə öz aləmində təlim keçərək guya bizə güc nümayiş etdirməsinin istehza ilə qarşılanması, öz-özlüyündə, İranın dövlət kimi hələ də formalaşmadığının, "güc" nümayişinin mahiyyətini öz hərəkəti ilə gülüş mənbəyinə çevirdiyinin açıq nümunəsidir.

İran dövləti bu hərəkəti ilə nə demək istəyir bizə?

"Sizə hücum edərəm"- mesajımı verir?

Kimə desən, buna gülər.

Bəs İran niyə özünə güldürür?

Ona görə ki, İran adlanan dövlətin dövlətçilik ənənələri yox olub. İran dövlət kimi yox, xürafatçı dindar kafası ilə fikirləşir, daha doğrusu, fikirləşmir.

İranın nə din, nə millət, nə qonşu məvhumu yoxdur. İranın siyasət anlayışı da yoxdur.

Siyasətsiz, dinsiz, artıq qonşusuz, İran.

Özündən ayrılandan qorxan İran. Ayırana gücü çatmayıb, ayrılana diş qıcıyan İran.

Sən bizə dişini batıra bilərsənmi hesab edirsən? Bu, sənin sonun olar. Sən əgər bu gün toxunulmaz qalmısansa, Azərbaycan imkan verməyib deyə qalmısan. Əgər bunu isbat etməyimizi istəyirsənsə, belə davam et.
Onda sonunu görəcəksən!

Azər Qasımov

Visiontv.az