İran mediasından növbəti təxribat: Azərbaycan Ukraynaya lazerlə idarə olunan aviasiya bombaları göndərib
İran mediasından növbəti təxribat: Azərbaycan Ukraynaya lazerlə idarə olunan aviasiya bombaları göndərib
31.07.2022 Sahib Alıyev Tərəfindən

İranın molla rejiminə yaxın Sabereen News teleqram kanalı Azərbaycanın bu ilin aprelində Ukraynaya lazerlə idarə olunan QFAB-250 LG aviasiya bombaları göndərməsi haqda xəbər yayıb. Mollaların Rusiya və Ermənistandakı doğmaları da soruşurlar ki, Ukraynada baş verənlərə yanaşmada neytal mövqedə durduğunu bildirən Azərbaycanı belə addım atmağa nə sövq edir.

Birincisi, Ermənistan və İranın Ukraynaya qarşı savaşda istifadə etməsi üçün Rusiyaya nələr göndərdiyini bütün dünya bildiyi halda hələ heç bir ciddi qaynaq mollaların sözü gedən xəbərlərini təsdiqləməyib. İkincisi, bu xəbəri yayanlar və Azərbaycanın Ukraynaya guya aviasiya bombası göndərməsindən narazılıqlarını ifadə edənlər beynəlxalq əlaqələrdə qarşılıq prinsipinin olduğunu unutmamalıdırlar. Unutmamalıdırlar ki, neytral Rusiya ikinci Qarabağ savaşı ərəfəsində və gedişi zamanı "tikinti materialı",  "humanitar yük" adı altında Ermənistana həmən İran üzərindən tonlarla silah-sursat ötürmüşdü.

Sonda onu da deyək ki, molla rejiminə yaxın teleqram kanalları son günlərdə ikinci dəfədir ki, ölkəmizlə bağlı belə təxribat iyi gələn informasiya dövriyyəyə buraxırlar və məqsədlərinin də nə olduğu, niyə məkr qusduqları kimsəyə sirr deyil.

Millət vəkili Sahib Aliyev

Visiontv.az