İran kivi ixracına qadağanı ləğv etdi
18.10.2019

Bu gündən İrandan kivi ixrac etmək mümkündür.

Bu gündən İrandan kivi ixrac etmək mümkündür.

Visiontv.az xəbər verir ki, bunu İranın Ticarət İnkişafı Təşkilatının Kənd Təsərrüfatı və Emal məhsulları ixracının inkişafının koordinasiyası idarəsinin baş direktoru Mahmud Bazari deyib.

M.Bazarinin sözlərinə görə, 6 iyuldan 7 oktyabra qədər keyfiyyət baxımından qeyri-standart məhsulun satışa çıxarılmasının qarşısını almaq məqsədilə kivinin ixracı qadağan edilmişdi.

Qeyd edək ki, İran ötən ildə 96 milyon dollar dəyərində kivi ixrac edib. İran kivisinin ixrac bazarları əsasən Rusiya, İraq, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstandır.