İran KİV: İraqdakı ABŞ bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb
08.01.2020

İranın İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.

Visiontv.az-ın xəbərinə görə, bu barədə İranın “Press TV” kanalı məlumat verib.

İran İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin öldürülməsinə görə qisas əməliyyatının başladığını elan edib.

 

İraqın qərbindəki Ein əl-Əsəd bazası və ABŞ hərbi kontingentinin yerləşdiyi Ərbildəki baza İran tərəfindən raket atəşinə tutulub. Hücumdan sonra ABŞ prezidenti Donald Tramp "hər şeyin qaydasında olduğunu” deyib.