İran İraqa nota verib
10.05.2021

İran İraqa nota verib.

Visiontv.az xəbər verir ki, bunu İranın xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O qeyd edib ki, ötən gecə İranın Kərbəla şəhərində yerləşən konsulluğuna bir qrup insan hücum edib. Kərbəla şəhərində İran konsulluğu yaxınlığında baş vermiş hadisələrin ardınca İraqın Tehrandakı səfirinə etiraz notası təqdim olunub: “İran İslam Respublikası özünün İraqdakı diplomatik korpusuna hər növ hücumu pisləyir və ümid edir ki, İraq hökuməti öz öhdəliyini yerinə yetirəcək. Ötən gecə İraqın Tehrandakı səfirinə etiraz notası verilib. Biz İraq hökumətindən öhdəliyini ən yaxşı səviyyədə yerinə yetirməyi gözləyirik".

Qeyd edək ki, mayın 9-da İraqda etirazçılar Kərbəladakı İran konsulluğunu yandırıblar.

APA