“İran hakimiyyətini devirmək planı yarımçıq qaldı”
09.06.2026

“Times of Israel” qəzetinin məlumatına görə, Mossadın yüksək vəzifəli keçmiş rəsmilərindən biri, “Alf” təxəllüsü ilə tanınan şəxs İsrailin “Channel 12” telekanalına müsahibəsində İran hakimiyyətinə qarşı hazırlanan planlar barədə danışıb.

Onun sözlərinə görə, İsrail və Mossad tərəfindən hazırlanmış, İran hakimiyyətinin dəyişdirilməsinə yönəlmiş çoxmərhələli plan ABŞ-nin aprel ayında müharibəni dayandırmaq qərarından sonra yarımçıq qalıb.

Keçmiş kəşfiyyatçı bildirib ki, plan uzun müddət ərzində hazırlanıb və mərhələli şəkildə həyata keçirilməli idi. O deyib ki, müxtəlif regional tərəfdaşların da cəlb olunduğu bu prosesin əsas məqsədlərindən biri İran hakimiyyətinin dəyişdirilməsi olub.

“Biz yolun sonuna qədər getmədik. Plan dayandırıldı. Müharibəyə strateji tərəfdaşla daxil olduq, ancaq həmin tərəfdaş sonradan döyüşləri dayandırdı”, – deyə o bildirib.

visiontv.az