İran gəmisi Lənkəran limanı yaxınlığında QƏZAYA UĞRADI
26.07.2019

Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dənzi Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

VisionTV.az məlumat verir ki, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir. (Report)