Iran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir, qaz ixracını isə 2 dəfə artacağını bəyan edib
Iran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir, qaz ixracını isə 2 dəfə artacağını bəyan edib
15.11.2022 Vüqar Bayramov Tərəfindən

Bir tərəfdən, bu ilin 8 ayında ticarət dövriyyəsini 43.0 faizi artıran Iran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir, digər tərəfdən qaz ixracı 2 dəfə artacağını bəyan edib.

Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran Ermənistanı hər mənada qayğısına qalır. Bu ondan xəbər verir ki, İran Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlayan bir ölkə ilə ən sıx münasibətlər qurur və Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verərək əslində regionda yeni nəqliyyat istiqamətinin formalaşmasına səmərəsiz cəhd edir.

Nə qədər qəribə olsa da Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəmə gəldikdən sonra sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatların sayını artırmaqdadır. Belə görsənir ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmiz ilə İran azərbaycanlıları yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədələyirmiş.

Sərhədlərimizdə Zəfərdən sonra irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra olmaqla yanaşı səmərəsiz əzələ nümayişidir. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir. Görünən odur ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılmağa çalışılır və hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu da regionda yeni gərginlik yaratmağa xidmət edir.

Zəfərdən sonra formalaşan yeni düzən bəzi dövlətləri narahat etməkdədir: bunlar səmərəsiz təhddilər olsa da belə.

millət vəkili Vüqar Bayramov

visiontv.az